Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Əgər Ermənistan 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq"-EKSPERT

"Əgər Ermənistan 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq"-EKSPERT


“30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal edib talayan, Azərbaycanın 8 kəndini hələ də işğal altında saxlayan, əldə edilən razılıqlara baxmayaraq qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, işğalçı tərəf kimi yalnız silah alınması barədə bəyanatlar verən, 8 kəndimizin qaytarılmasını müxtəlif bəhanələrlə ləngidən, sərhəddə və RSK-nın müvəqqəti nəzarətində olan ərazilərdə hərbi təxribatlarını davam etdirən xəstə Ermənistanın müalicə üsulu yalnız "Dəmir Yumruq"dan keçir”.

Newscenter.az xəbər verir ki. bu fikirləri hərbi ekspert Ədalət Verdiyev səsləndirib. O bildirib ki, siyasətçilərimiz danışıqlar aparsın, diplomatlarımız alternativ həll variantlarını axtarsın, Əsgərimiz də düşmən təxribatlarına ağrılı-acılı nəticələrlə müşaiyət olunan cavablar versin:

“Əgər Ermənistan sülh və delimitasiya istəməyib 1975-ci ilin xəritəsindən yapışacaqsa, o zaman sülh bizə də lazım olmayacaq. Delimitasiyanı isə daha əvvəl olduğu kimi, tarixi torpaqlarımızın lazım bildiyimiz ərazilərindən keçirəcəyik. Təhlükəsizlik konsepsiyası süquta uğrayan Ermənistan bu proseslərə müdaxilə etmək imkanına malik deyil. Sülhün alternativi müharibədir, amma nüharibə aparmaq fərari ordusunun imkanları xaricindədir. Ermənistanın real döyüş potensialı hazırda 2-3 günlük lokal toqquşmalardan artıq fəaliyyətlər üçün yetərli deyil”.

Anar Əliyev
Xəbəri paylaş