Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistana səfəri nəzərdə tutulur.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, səfər yaxın aylarda baş tuta bilər. Səfər çərçivəsində Türkiyə prezidentinin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirakı nəzərdə tutulur. Səfər zamanı Türkiyə lideri bu ölkədə bir sıra görüşlər də keçirəcək.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanı Pakistana bu ölkənin baş naziri Şahbaz Şərif dəvət edib.
Anar TAGİYEV