Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın geniş miqyaslı müharibə aparmaq üçün nə hərbi, nə iqtisadi gücü yoxdur-DEPUTAT -ÖZƏL

Ermənistanın geniş miqyaslı müharibə aparmaq üçün nə hərbi, nə iqtisadi gücü yoxdur-DEPUTAT


"Danışıqlar prosesinin getdiyi zaman, sərhəd boyunca canlı qüvvə, texnika cəmləşdirməsinin əsas səbəbi, Ermənistan siyasi hakimiyyətinin yekdil olmamasıdır. Digər səbəb isə, ola bilər ki, danışıqlarda hansısa divident, güzəşt əldə etmək üçün sərhədə qoşun yığılsın".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın şərti sərhıd boyunca ərazilərə hərbi texnika və canlı qüvvə toplamasına münasibət bildirərkən səsləndirib. Millət vəkili hesab edir ki, Paşinyan reallıqları olduğu kimi dərk edir və müharibə istəmir:

"Ancaq, hakimiyyətdə və erməni cəmiyyətindəki revanşist qüvvələr, məğlubiyyətlə barışmaq istəmir. Eyni zamanda sülhyaratma prosesində rəqabət aparan və regionda gərginliyin saxlanmasında marağı olan ölkələri də unutmaq olmaz. Hadisələrin xronikasını izlədikcə, dəfələrlə görmüşük ki, hansısa xarici ölkədə aparılan danışıqlardan dərhal sonra sərhəd bölgəsində təxribatlar törədilib. Bu baxımdan, gələcəkdə də, sülhə mane olan hadisələrin baş verməsi istisna olunmur".

Nəsib Məhəməliyev deyib ki, Ermənistanın geniş miqyaslı müharibə aparmaq üçün nə hərbi, nə iqtisadi gücü yoxdur:

"Yeganə çıxış yolu Azərbaycanla böyük sülh müqaviləsinin imzalanmasından keçir. Nə qədər ki, gec deyil, Paşinyan tarixi məsuliyyəti üzərinə götürməli, siyasi iradə nümayiş etdirməli, müqaviləni imzalamalıdır".

Anar Əliyev
Xəbəri paylaş