Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Macarıstan və Türkiyə NATO-da qarşılıqlı dəstək haqqında razılığa gəliblər

Macarıstan və Türkiyə NATO-da qarşılıqlı dəstək haqqında razılığa gəliblər


Macarıstan və Türkiyə NATO-da bir-birini dəstəkləmək barədə razılığa gəliblər.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığından sonra bildirib.

“Mən təbii ki, onu təbrik etdim və prezident Ərdoğanın qalib gəlməsini nə qədər istədiyimizi söylədim. Biz iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirmək öhdəliyimizə sadiq olduğumuza bir-birimizi əmin etdik və NATO-da qarşılıqlı dəstəyimizi davam etdirməyə razılaşdıq”-deyə, o bildirib.
Xəbəri paylaş