Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə prezidentinin andiçmə mərasiminə dəvət edilməsi belə bir fikir formalaşdırıb ki, artıq Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması istiqamətində heç bir əngəl yoxdur. Bəs görəsən siyasilər bu barədə nə düşünür?
Siyasi ekspert Çingiz Şahbazi Newscenter.az-a bildirib ki, artıq Pasinyan hakimiyyətinin açıq şəkildə Türkiyə və Azərbaycan dövlətləri cütlüyünün bölgədə apardığı siyasətə qarşı yaxınlaşmasının şahidi oluruq:
"Sözsüz ki, Qərbin siyasi dairələrində iki ölkə arasında münasibətlərin normallaşması prosesi üzərinə keçirilən görüşlərin, Pasinyanın belə addımlar atmasına böyük təsiri olmuşdur".
Ekspert hesab edir ki, bundan sonra Ermənistanın yenidən münasibətiləri gərginləşdirmək cəhdi ağılsızlıq olar:
"Bu qədər həyata keçirən proseslərdən sonra Ermənistan tərəfinin bu istiqamətdə, yəni sülh sazişi üzərində lazımi tədbirlərin həyata keçirilməsi üçün müvafiq addımlar atmaması mümkün deyil".
Mehman Mehdiyev