Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna Rusiyanı yeni və gözlənilməyən oyuna gətirdi -ÖZƏL

Ukrayna Rusiyanı yeni və gözlənilməyən oyuna gətirdi


"Ukraynanın hücumu artıq neçə vaxtdır ki, gözlənilir və gündəmdədir"

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bununla bağlı Qərb ölkələri Ukraynaya yeni hərbi sursatlar və müasir hərbi texnika, son və müasir qırıcı təyyarələr, uzaq mənzilli raketlər verməyi vəd etmişdir:

"Düşünürəm ki, bunların əksər hissəsi Ukraynaya verilib. Lakin nəyə görə uzun zamandır anonsu verilən əks hücum əməliyyatı gerçəkləşdirilmir. Mənə elə gəlir ki, bu anonsu verməklə əslində Ukrayna Rusiyanı yeni və gözlənilməyən oyuna gətirdi. Çünki artıq aylardır anonsu verilən əks hücum əməliyyatına Rusiya ciddi şəkildə hazırlaşaraq ehtiyat tədbirləri görmüş, bölgəni minalamış və Ukrayna əsgərlərini bu əks həmlə ilə tələyə salmağı və onları böyük itkiyə məruz qoymağı planlaşdırıb. Ukrayna bunu çox gözəl bildiyindən bu addımı atmadı, əvəzində uzaqmənzilli raketlər və qırıcı təyyarələr və digər müasir hərbi texnika vasitəsi ilə hərbi əməliyyatları Rusiya ərazisinə keçirmək qərarına gəlib".

Politoloq hesab edir ki, yaxın zamanlarda biz bunun daha geniş miqyasda şahidi olacağıq:

"Bununla Ukrayna Rusiyanı hazırlıqsız vəziyyətdə yaxalayıb, çünki hazırda böyük itkilər verən Rusiyanın əsas hərbi kontingenti Ukrayna ərazisində cəmləşib və hərbi əməliyyatlar Rusiya ərazisində davam edərsə, bu artıq Rusiyanı çətin vəziyyətdə qoya bilər. Beləliklə də hərbi əməliyyatların miqyasına görə parçalanmış Rusiyaya qarşı əks hücum əməliyyatı aparmaq Ukrayna üçün daha da asanlaşacaq".

Anar Əliyev
Xəbəri paylaş