İstanbul polisi şəhərdə genişmiqyaslı əməliyyat həyata keçirib.
Newscenter.az trthaber-ə istinadın bildirir ki, əməliyyat nəticəsində müxtəlif cinayətlər törədərək məhkəmə tərəfindən cəzaya məhkum edilmiş, lakin cəzadan yayınmağa müvəffəq olmuş şəxslər həbs edilib.
Ümumilikdə, polis ayrı-ayrı cinayətlərdən axtarışda olan 35 nəfəri həbs edib. Əməliyyat İstanbulda 60 ünvanda həyata keçirilib.
Qeyd edək ki, 20 il 6 ay həbs cəzası alan Ömər F.Ç, 16 il 4 ay həbs cəzası alan Sezer Ö, 14 il 4 ay həbs cəzası alan Ziya S. və Soyğunçuluq ittihamı ilə 15 il 9 ay həbs cəzası alan Ümit A. da həbs olunanlar sırasında yer alıb. Məhkumlar istintaqa cəlb olunmaq üçün tutulduqları ərazi üzrə polis bölməsinə təhvil verilib.
Mehman Mehdiyev