Taylandda öldürücü virus kimi ad çıxarmış Denge qızdırması xəstəliyi geniş yayılmaqdadır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, son 3 ildə virus yayılma tempinə görə, ən yüksək səviyyəsinə çatıb. Son vaxtlar isə xəstəlikdən ölüm hallarının artması daha tez-tez müşahidə edilir.
Rəsmi məlumatlara əsasən, cari ilin əvvəlindən bəri ən azı 15 nəfər bu virusundan ölüb, yoluxma nisbəti isə keçən illə müqayisədə 4,2 dəfə artıb. Ölkədə hər həftə təxminən 900 infeksiya və 1 ölüm qeydə alınır və dang qızdırması hallarının əksəriyyəti paytaxt Banqkok da daxil olmaqla 5 şəhərdə yaşanır. İnfeksiya daha çox 5-14 yaş arası uşaqlarda baş verir.
Qeyd edək ki, sözügedən virus insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra ümumiyyətlə yüngül qızdırma ilə nəticələnən xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər.
Mehman Mehdiyev