Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb

"Anatolian Phoenix - 2023" beynəlxalq təlimi başa çatıb


Türkiyə Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimi başa çatıb.

Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bağlanış mərasimində çıxış edənlər beynəlxalq təlimdə icra olunan fəaliyyətlərin təhlili barədə danışıblar.
Qeyd olunub ki, təlimdə qarşıya qoyulan tapşırıqlar iştirakçı dövlətlərin şəxsi heyəti tərəfindən qarşılıqlı əlaqədə müvəffəqiyyətlə icra edilib.

Tədbirin sonunda iştirakçı heyətlər tərəfindən qarşılıqlı hədiyyələr təqdim edilib, xatirə fotoları çəkdirilib.

Qeyd edək ki, "Anatolian Phoenix - 2023" ("Anadolu Ankası - 2023") beynəlxalq axtarış-xilasetmə təlimində ölkəmizi Hərbi Hava Qüvvələrinin pilotları, texniki heyəti və aviasiya vasitələri ilə yanaşı, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edib.

Mehman Mehdiyev
Xəbəri paylaş