Türkiyə polisi Yunanıstana qaçmaq istəyən 8 FETÖ və PKK-çını həbs edib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, terrorçular Ədirnə ərazisindən Yunanıstan keçmıəyə cəhd göstəriblər.
İl Jandarma Komandanlığı qrupları və 54-cü Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının yaydığı məlumatda qeyd edilib ki, sərhəd bölmələri tərəfindən Yunanıstan sərhədindəki birinci dərəcəli hərbi qadağan zonada son bir həftə ərzində həyata keçirilən nəzarətlər zamanı qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 8 terror təşkilatı üzvü yaxalanıb. .
Şübhəlilərdən 4-nün terror təşkilatı PKK-ya, 4-nün isə FETÖ üzvü olduğuna görə axtarışda olduğu müəyyən edilib.
Mehman Mehdiyev