Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncə və Naftalanda yağışın törətdiyi fəsadlar aradan qaldırılır

Gəncə və Naftalanda yağışın törətdiyi fəsadlar aradan qaldırılır


Fövqəladə Hallar Nazirliyi Gəncə və Naftalanda yağışın törətdiyi fəsadlarla bağlı məlumat yayıb.

Newscenter.az xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Gəncə şəhərinin "Yeni məhəllə" adlanan ərazisində fərdi yaşayış evinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

Bununla əlaqədar dərhal əraziyə cəlb edilən FHN Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bundan əlavə, FHN-in “112" qaynar telefon xəttinə daxil olmuş müraciət əsasında Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Naftalan Şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri tərəfindən Naftalan şəhərində su basmış ərazidən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş