Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Antalyaya uçan təyyarədə bomba həyəcanı -ÖZƏL

Antalyaya uçan təyyarədə bomba həyəcanı


Tatarıstanın paytaxtı Kazandan Türkiyənin Antalya şəhərinə uçaq sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, təyyarə havada olarkən hava gəmisinin salonuna bomba qoyulması ilə bağlı zəng edilib. Sərnişin təyyarəsi təhlükəsiz şəkildə yerə endikdən dərhal sonra hava gəmisindən sərnişinlər təxliyə edilərək axtarış işlərinə başlanılıb.

Təhlükəsizlik qüvvələrinin axtardığı təyyarədə heç bir şey tapılmasa da, axtarış səbəbiylə uçuşlarda qısa müddətli gecikmə olub.

Mehman Mehdiyev
Xəbəri paylaş