Pakistanda ağır yol qəzası baş verib.
Newscenter.az haber7.com-a istinadən bildirir ki, hadisə İslamabad-Lahor şossesində qeydə alınıb. Belə ki, sərnişin avtobusunun qəzaya uğraması nəticəsində aralarında qadın və uşaqlar olmaqla 12 nəfər ölüb, 24 nəfər yaralanıb.
Qəzaya səbəb avtobusun əyləc sistemində baş verən nasazlıq göstərilir. Qəza yerinə çoxlu sayda təcili yardım və axtarış-xilasetmə qrupları göndərilib.
Mehman Mehdiyev