Atlantik okeanında sualtı qayıq itib.
Newscenter.az-ın məlumatına görə, APA BBC-yə istinadən xəbər verir ki, sualtı qayığın tapılması üçün axtarış-xilasetmə missiyası işə başlayıb.
Bildirilib ki, sualtı qayıq turistləri “Titanik” gəmisinin qəzaya uğradığı yerə daşımaq məqsədilə istifadə olunur.
Boston Sahil Mühafizəsindən BBC-yə bildirib ki, sualtı qayığı tapmaq üçün artıq əməliyyat başlayıb. İtkin düşən zaman gəmidə neçə nəfərin olduğu açıqlanmır.
Qeyd edək ki, kiçik sualtı qayıqlar vaxtaşırı olaraq turistləri "Titanik"in qalıqlarına baxmaq üçün aparır. Məşhur gəminin qalıqları Atlantik okeanının dibində 3800 m dərinlikdədir.