Türkiyənin Malatya vilayəti başda olmaqla 8 ayrı-ayrı bölgəsində həbsxana işçilərinə qarşı polis tərəfindən əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, əməliyyat nəticəsində 22 şübhəli şəxs saxlanılıb. Saxlanılanlar arasında 2 nəfər həbsxana müdiri və 2 inzibati vəzifə tutan rəhbər, eləcə də 18 həbsxana nəzarətçisi var.
İl Jandarma Komandanlığından verilən açıqlamaya görə, saxlanılan şəxslərə qarşı həbsxanada məhkumlara qarşı işgəncə vermə, vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və tenderdə saxtakarlıq etmək ittihamları irəli sürülüb.
Mehman Mehdiyev