Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almanlar PKK terror təşkilatında Türkiyəyə qarşı savaşır -ÖZƏL

Almanlar PKK terror təşkilatında Türkiyəyə qarşı savaşır


Alman vətəndaşları PKK terror təşkilatının tərkibində Türkiyıyə qarşı vuruşurlar.

Newscenter.az-ın trthaber-ə istinadən verdiyi məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən PKK-lı terrorçulardan birinin alman vətəndaşı çıxması belə deməyə əsas verir.

Milli Müdafiə Nazirliyindəki mənbələrdən alınan məlumata görə, öldürülən terrorçunun Almaniyanın Mainburq şəhərində anadan olan “Azed Sergeş” kod adlı Tomas J. olduğu müəyyən edilib. Almaniya vətəndaşı olan terrorçunun Münhendə terror təşkilatı sıralarına qoşulduğu məlum olub.

Mehman Mehdiyev
Xəbəri paylaş