Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisin sabiq deputatı vəfat edib-FOTO

Milli Məclisin sabiq deputatı vəfat edib-FOTO


Milli Məclisin keçmiş deputatı Akif Şahbazov vəfat edib.

Newscenter.az xəbər verir ki, "Report"un Muğan bürosunun məlumatına görə, o, 65 yaşında Bakı şəhərində dünyasını dəyişib.

Mərhum doğulduğu Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.

Qeyd edək ki, Akif Rəhim oğlu Şahbazov 15 dekabr 1957-ci ildə anadan olub. O, 1995-2000-ci illərdə Milli Məclisin deputatı olub.

Xəbəri paylaş