Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mübariz Mənsimovun atasının cənazəsi Bakıya gətirilir

Mübariz Mənsimovun atasının cənazəsi Bakıya gətirilir


“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

Newscenter.az
xəbər verir ki, bu barədə məlumatı şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fidan Quliyeva verib. O bildirib ki, əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq:

"Dəfn mərasimi sabah saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq. Qurban Mənsimovun dəfn mərasimində iştirak etmək istəyən şəxslər qeyd olunan saatda Keşlə qəbiristanlığına gələ bilərlər".

Fidan Quliyeva onu da qeyd edib ki, Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək:

"Onu da qeyd edək ki, mərhumun vəfatı ilə əlaqədar istər Azərbaycandan, istərsə də, xarici ölkələrdə yaşayan soydaşlarımızdan saysız-hesabsız zənglər, mesajlar gəlməkdədir. Başsağlığı verən hər kəsə dərin təşəkkürümüzü bildiririk".

Anar Əliyev
Xəbəri paylaş