Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qadın həbsxanaasında üsyan olub, 41 nəfər ölüb -ÖZƏL

Qadın həbsxanaasında üsyan olub, 41 nəfər ölüb


Hondurasın paytaxtı Tequsiqalpa yaxınlığındakı Tamara şəhərində yerləşən Centro Femenino de Adaptacin Social (CEFAS) qadın həbsxanasında iğtişaş baş verib.


Newscenter.az
trthaber-ə istinadən bildirir ki, dövlət mənbələri 41 nəfərin öldüyünü bildirib.

Hücum zamanı yaralanan məhbuslardan biri bildirib ki, iğtişaş bir qrup məhbusun AR-15 avtomatları ilə 1 saylı həbsxana kamerasına gələrək içəridəkilərə atəş açması ilə başlayıb.

Honduras mətbuatında yer alan xəbərlərdə həyatını itirən məhbusların əksəriyyətinin cansız bədənlərinin yanıqlarla tapıldığı, hücum edənlərin isə 18 dəstə üzvü olduğu iddia edilib.

Məhkumların yaxınları hadisədən sonra məlumat almaq üçün həbsxanaya axışarkən, səlahiyyətlilər həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsinin davam etdiyini bildirib.

Anar
Xəbəri paylaş