Türkiyədə narkotik ticarətçilərinə qarşı "Əsrin əməliyyatı" həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, şərti olaraq "100-cü il əməliyyatı" adlanan proses zamanı 952 nəfər şübhəli şəxs tutulub.
Narkotik tacirlərinə qarşı əməliyyat 1025 hədəfə qarşı aparılıb. Ümumilikdə, əməliyyat zamanı 1878 qrup, 6 min 150 şəxsi heyət, 1 helikopter, 14 təyyarə və 116 narkotik detektorlu itdən istifadə edilib.
Qeyd edək ki, əməliyyat barədə məlumatları daxili işlər naziri Ali Yerlikaya da sosial şəbəkə hesabı üzərindən paylaşıb. Nazir "Gələcəyimizi, xüsusən də gənclərimizi təhlükə altına alan narkotik tacirlərinə qarşı mübarizəmizi davam etdirəcəyik"-deyə, vurğulayıb.
Axtarışlar zamanı 11 kiloqram 931 qram çətənə, 12 kiloqram 18 qram heroin, 40 qram kokain, 24 kiloqram 313 qram bonzai və s. ələ keçirilib. Bundan başqa, şübhəlilərdən 62 tapança, 31 tüfəng, 43 dəqiq tərəzi və 211 min 154 lirə də götürülüb.
Mehman Mehdiyev