Türkiyədə növbəti dəfə sərnişin avtobusu qəzaya uğrayıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Dənizli şəhərində baş verib. Belə ki, Dənizlinin Çardak rayonunda Düzce Güvenə məxsus sərnişin avtobusu ilə Beytullah Kanıcının idarə etdiyi yük maşını toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Həyatını itirənlər avtobusunda olan Sevgi Aktaş və yük maşınının sürücüsü olub. Qəza zamanı xəsarət alan sərnişinlər isə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Mehman Mehdiyev