Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Neandertal insanların ən qədim mağara rəsmləri ortaya çıxdı -ÖZƏL

Neandertal insanların ən qədim mağara rəsmləri ortaya çıxdı


Neandertal insanların ən qədim mağara rəsmləri ortaya çıxıb. Newscenter.az trthaber-ə istinadən bildirir ki, elm adamları Luara vadisində yüzlərlə zəif xətt, nöqtə və dalğalı xəttin 57.000 ildən çox əvvəl çəkildiyi qənaətindədirlər

Barmaq yivləri adlanan naxışlar Luara vadisindəki La Roş-Kotarda mağarasının ən uzun və ən düz divarının hissələrində görünür.

Qeyd edək ki, Fransada Luara çayı sahilində yerləşən mağara 1846-cı ildə Luara sahillərində karxana işləri zamanı aşkar edilib. 1912-ci ildə məhdud qazıntılar zamanı ərazidən heyvan sümükləri və Neandertal daş alətləri aşkar edilib. 2008-ci ildən bütün mağaranın aşkar edilməsi üçün daha geniş qazıntılar aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş