Qara dəniz bölgəsinin Türkiyəyə aid hissəsində, Kastamonu sahillərində zəlzələ olub.
Newscenter.az-trthaber-ə istinadən verdiyi məlumata görə, zəlzələ 4,4 bal gücündə qeydə alınıb.
Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyinin yaydığı xəbərdə Kastamonun Doğanyurt rayonu sahillərində baş verən zəlzələnin yerin 6,38 kilometrdərinliyində baş verdiyi vurğulanır.
Zəlzələ nəticəsində insan tələfatı və dağıntı qeydə alınmayıb.
Mehman Mehdiyev