Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə torpaq sürüşməsi oldu -ÖZƏL

Türkiyədə torpaq sürüşməsi oldu


Türkiyədə Qara dəniz sahil yolunun Artvinin Hopa və Kemalpaşa rayonları arasındakı hissəsində növbəti torpaq sürüşməsi baş verib.

Newscenter.az "Haber Global"-a istinadən bildirir ki, sürüşmə zamanı yolda hərəkət edən və beynəlxalq daşımaları həyata keçirən yük maşınları zədələnib. Sürüşmə səbəbindən magistral yol bir müddət bağlanıb.

Qeyd edək ki, torpaq sürüşməsi axşam saatlarında Qara dəniz Sahil Yolu Hopa-Kemalpaşa məhəllələri arasındakı Esenkıyı kəndi ərazisində meydana gəlib. Yamacdan qopan daş və torpaq kütlələri Sarp Sərhəd Qapısından xaricə çıxmaq üçün yol kənarında gözləyən beynəlxalq yük maşınlarının olduğu əraziyə düşüb.

Mehman Mehdiyev
Xəbəri paylaş