"Türkiyədəki fay xətləri Şərqdən Qərbə doğru hərəkət edir. İstanbul da Şimali Anadolu Fay Xəttinin bir qolundadır".
Newscenter.az "Haber Global"-a istinadən xəbər verir ki, bu fikirləri Yapon zəlzələ mütəxəssisi, Baş İnşaat Mühəndisi Yoşinori Morişaki səsləndirib. İstanbulda baş verə biləcək zəlzələ ilə bağlı mühüm xəbərdarlıqlar edən mütəxəssis Türkiyənin mümkün zəlzələlərdən ən az zərərlə sovuşdurulması üçün hər kəsin ortaq hərəkət etməli olduğunu deyib.
Fay xəttinin şimal qolunun Boğazın girişindən 20 kilometr cənuba doğru olan nöqtədən Silivri tərəfdən Çanaqqala tərəfinə getdiyini ifadə edən Morişaki, Mərmərə bölgəsinin risk altında olduğunu sözlərinə əlavə etdi.
Mehman Mehdiyev