Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Alimlərdən yeni kəşf: Yaşlanma əleyhinə “A-klotho” inyeksiyası yaddaşı yaxşılaşdırıb -ÖZƏL

Alimlərdən yeni kəşf: Yaşlanma əleyhinə “A-klotho” inyeksiyası yaddaşı yaxşılaşdırıb


Kaliforniya Universitetinin və ABŞ-ın digər tədqiqat təşkilatlarının alimləri müəyyən ediblər ki, yaşlı makaka meymunlara tərkibində “kloto” zülalı olan preparatın tətbiqi iş yaddaşının və müxtəlif vəzifələri yerinə yetirmək qabiliyyətinin yaxşılaşması ilə nəticələnir.

Newscenter.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Aging” jurnalında dərc olunub.

“A-klotho” zülalı beyin, qaraciyər və böyrəklərdə təbii olaraq istehsal olunan fermentdir. Yaş artdıqca onun istehsalı azalır, zülalın artan ifadəsi isə ömrü artırır və geni dəyişdirilmiş heyvanlarda fermentin olmaması qocalmanın sürətlənməsinə səbəb olur.

Təcrübə zamanı yaşı insanların 65 yaşına bərabər olan 18 makaka rezus meymundan istifadə edilib. İnsanlar kimi, rezus meymunları da əhəmiyyətli neyron itkisi olmadan sinaptik dəyişikliklərlə yaşa bağlı koqnitiv azalma yaşayır, bu da hipokampus və prefrontal korteks kimi beyin bölgələrində pisləşməyə səbəb olur.

Anar TAGIYEV
Xəbəri paylaş