Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna və Gürcüstan arasında Saakaşviliyə görə gərginlik artır -ÖZƏL

Ukrayna və Gürcüstan arasında Saakaşviliyə görə gərginlik artır


Kiyevin ölkəni tərk etmək çağırışından sonra Gürcüstanın Ukraynadakı səfiri Tbilisiyə qayıdacaq
Gürcüstanın Ukraynadakı səfiri Giorgi Zakaraşvili Kiyevin ölkəni tərk etmək tövsiyəsindən sonra yaxın vaxtlarda Tbilisiyə qayıdacaq.

Newscenter.az xəbər verir ki, bu barədə, Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlya Darçiaşvili iyulun 5-də jurnalistlərə müsahibəsində deyib.

“Səfir yaxın vaxtlarda Gürcüstana qayıdacaq. Bu anlaşılmaz qərarın hansı əsasla qəbul edilməsi də çox vacibdir. Düşünürəm ki, keçmiş prezidentlə bağlı hər şey aydındır - bütün suallar dövlətin bütün məhbusların, o cümlədən cənab Saakaşvilinin hüquqlarına nə dərəcədə cavabdeh olması ilə bağlıdır”, - o vurğulayıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin iyulun 3-də Gürcüstan səfirini Ukrayna Xarici İşlər Nazirliyinə çağırmasından, ona sərt etiraz və 48 saat ərzində ölkəni tərk etmək əmrindən sonra bu ölkələr arasında münasibətlərdə gərginlik yaranıb. Zelenski bu tələbi Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə bağlı vəziyyət fonunda irəli sürüb. Zelenski Gürcüstan hakimiyyətini siyasətçini Ukraynaya qaytarmağa, ona müalicə və qayğı göstərilməsinə çağırıb.

Anar TAĞIYEV
Xəbəri paylaş