"NATO-nun Vilnüs sammitinin yekunları göstərdi ki, hərbi alyansın əsas problemi Rusiya ilə yox, Putinlədir və Putinin 2024-cü ildə yenidən Rusiya prezidenti seçilməməsi üçün də Ukrayna növbəti qurbanlıq seçilib".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şükürlü səsləndirib. O bildirib ki, ABŞ və Avropaya qüdrətli və NATO üzvü olan bütöv Ukrayna deyil, katolik və pravoslav xətti üzrə bölünmüş Ukrayna və bir də Putinsiz Rusiya gərəkdir:
"İndi NATO Zelenskinin qarşısında həllolunmaz bir tələb qoyub. Biz sizə pul və silah verməkdə davam edəcəyik, siz də ölənədək ruslarla vuruşacaqsınız! Geriyə yol yoxdur!".
Anar Əliyev