"Ukrayna məsələsində bir-birinə qarşı düşmənə çevrilən Qərb və Rusiya erməni maraqlarının müdafiəsi məsələsində sanki müttəfiqə çevrilir və Azərbaycana qarşı birləşirlər. Keçmiş ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək cəhdi və təşəbbüsü bunun əyani sübutudur".
Bu fikirləri Newscenter-az- a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, fəaliyyət göstərdiyi 30 ilə yaxın müddətdə Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyişə nail olmayan, yalnız turistik səfərlərlə işlərini bitmiş hesab edən Minsk qrupunun həmsədrlərini yenidən diriltmək, bu qurumun fəaliyyətinə can vermək yalnız və yalnız Ermənistanın maraqlarına uyğun gəlir:
"Qərb və Rusiya ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etməklə daha 30 il prosesi uzatmaq və Ermənistanı bu yolla siyasi və hərbi baxımdan gücləndirmək məqsədi qarşıya qoyulub".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, Azərbaycan ona qarşı yönəlmiş bu məkirli planın reallaşdırılmasına imkan verməyəcək.
Anar Əliyev