Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarabağ erməniləri ilə görüş Yevlaxda baş tuta bilər -ÖZƏL

Qarabağ erməniləri ilə görüş Yevlaxda baş tuta bilər


"Erməni teleqraf kanallarının separatçılara söykənən iddiasına görə Azərbaycan ilə Qarabağ erməniləri arasında Bratislavada görüş olacaqmış. Ancaq Azərbaycan imtina edib. Görüş yeri təklifi yəqin ki, Blinken tərəfindən prezident İlham Əliyevlə telefon zəngində Amerikalılar tərəfindən gündəmə gətirilib".

Newscenter.az xəbər verir ki, bu fikirləri QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy səsləndirib. O bildirib ki, Azərbaycanın Qarabağ erməniləri ilə ölkə xaricində hər hansı bir yerdə görüşdən imtina etməsi doğru addımdır:

"Prosesin beynəlilməşdirilməsi və bərabər statusla masaya oturmaq kimi məqamlar yolverilməzdir. Bu arada eyni erməni mənbələri bu cür görüş üçün Rusiyanın Yevlax şəhərini təklif etdiyini də bildirirlər. Yevlax təbii ki, olar, amma gündəliyi biz müəyyən etməliyik".

Anar Əliyev
Xəbəri paylaş