Bu gecə ermənilər yenidən Gədəbəy və Laçındakı mövqelərimizi atəşə tutub. Xatırladaq kı, son günlər Ermənistan ordusunun Gədəbəy istiqamətində təxribatları intensivləşib.
Müdafiə nazirliyinin məlumatına görə, avqustun 20-si saat 23:55-dən avqustun 21-i saat 06:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Göysu, Çəmbərək rayonunun Cil, Gorus rayonunun Brun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Qalakənd və Novoivanovka, Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.
Newscenter.az-ın xəbərinə görə, politoloq Zaur Məmmədov ermənilərin Gədəbəy istiqamətində mövqelərimizi atəşə tutmasını məkirli planın tərkib hissəsi kimi xarakterizə edib:
"Gədəbəy istiqamətində erməni ordularının atəş açma məntiqinin arxasında nə dayana bilər? Yeri gəlmişkən, 44 günlük müharibədən sonra Paşinyan dəfələrlə Başkənd'lə bağlı bəyanatlar vermişdir. 1990- cı illərin əvvəllərində isə, Başkənd və Gədəbəyin bəzi kəndləri uğrunda döyüşlər baş tutmuşdur. 5 avqust 1992-ci ildə Çəmbərək və Başkənd ətrafında döyüşlər baş vermiş, Azərbaycan ordusu erməniləri darmadağın etmişdir".
Politoloqun sözlərinə görə, görünən odur ki, Ermənistan dövləti Azərbaycan ilə sülh müqaviləsi bağlamaqdansa, revanşist düşüncələrlə yaşamaqdadır:
"Bu isə, onlara çox baha başa gələcək. Yeri gəlmişkən, Azərbaycan Xalq Cümhuriyyətinin və Ararat Respublikasının SSR - nin tərkibinə daxil edilməsindən sonra 10 ilə yaxın vaxt ərzində də Gədəbəydən Göyçə gölünə qədər ərazi Azərbaycanın tərkibində idi. 1920 - ci illərin sonunda Çəmbərək Ermənistan SSR -yə verilmişdir.
Ermənistanın apardığı işğalçı siyasətin davam etdiyi bir dövrdə iki ölkə arasında delimitasiya -demarkasiya xəttlərinin 28 aprel 1920 -ci il xəritələrinə uyğun keçirilməsi məsələsi qaldırıla bilinər.
Gədəbəy və digər qərb rayonları istiqamətində Ermənistan ordusunun müntəzəm olaraq atəşkəsi pozması bu coğrafiyalarda gələcəkdə iki ölkə arasında müharibə riskini artırır. Azərbaycanın qərbi və Ermənistanın şərqində bu cür gərginliyin baş verməməsi üçün Çəmbərəkin Azərbaycana qaytarılması zəruridir. Ermənistanın bu istiqamətdəki təxribatlarına və işğalçılıq siyasətinə son qoymaq üçün Göyçə gölünün ortasından yeni xətt çəkilməlidir".
Anar Əliyev