Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər işğal zamanı əsir və girov götürdüyü azərbaycanlılardan necə istifadə edib? - HESABAT

Ermənilər işğal zamanı əsir və girov götürdüyü azərbaycanlılardan necə istifadə edib? - HESABAT


Azərbaycan Respublikasının Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən açıqlanmış sənədlərə istinadən qeyd etmək lazımdır ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı birləşmələri tərəfindən işğalı zamanı əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına nəinki qeyri-insani münasibət göstərilib, onlar hətta bir sıra müxtəlif məqsədlər üçün istifadə olunublar.

Newscenter.az xəbər verir ki, bu, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılarla bağlı hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşları Ermənistan cəmiyyətində nifrət hissinin artırılması məqsədi ilə mülki əhalinin ixtiyarına verilərək meydanlarda nümayişkaranə şəkildə alçaldılıb və təhqir ediliblər.

"Onlar xüsusən zərərli istehsal sahələrində qul kimi istifadə olunublar, “erməni soyqırımı”nın anım günlərində və döyüşlərdə həlak olmuş terrorçu-quldur dəstəsi üzvlərinin və Ermənistan əsgərlərinin məzarı üzərində qurban kəsiliblər, işğal olunmuş yaşayış məntəqələrində tarixi abidələrin, qəbiristanlıqların, evlərin və inzibati binaların sökülməsində və talan olunmasında, başqa sözlə, vandalizm aktlarında istifadə ediliblər, bir-birinə qarşı fiziki və qeyri-əxlaqi əməllər törətməyə təhrik ediliblər və s.", - hesabatda bildirilib.

Sona
Xəbəri paylaş