Azad edilmiş ərazilərdə seçki məntəqələri təşkil ediləcək və 20 min seçici ilk dəfə orada səsə verəcək.
Newscenter-az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək: “Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanların azad edilmiş ərazilərdə ilk dəfə səs verəcəklər. Bu hadisə tarixə düşəcək”.
Mehman Mehdiyev