Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan bilərəkdən Rusiya ilə münasibətləri gərginləşdirir

Ermənistan bilərəkdən Rusiya ilə münasibətləri gərginləşdirir


“Ermənistan hakimiyyəti bilərəkdən Rusiya ilə münasibətləri gərginləşdirir. Başlıca məqsədi guya özünü Rusiyanın təzyiqindən qorumaq üçün ərazisində başda Fransa olmaqla Avropa ölkələrinin hərbi missiyasını yerləşdirməkdir”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq israrı da buna hesablanıb:

“Hesab edirəm ki, bütün bunlar Fransanın qurduğu oyundur. Paris İrəvanı hansısa formada qorumaq, onun təhlükəsizliyini ən üst səviyyəyə qaldırmaq üçün dəridən-qabıqdan çıxır”.

Mehman Mehdiyev
Xəbəri paylaş