"Türkiyə olaraq Balkanlardan tutmuş Cənubi Qafqaza, Yaxın Şərqdən Afrikaya qədər bütün bölgələrdə sülh və sabitliyin tərəfdarıyıq və bu istiqamətdə səylər göstəririk".
Newscenter.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunda çıxışı zamanı səsləndirib.
Türkiyə lideri Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən də danışıb. Bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlara uyğun olaraq Türkiyə Ermənistanla normallaşdırma prosesini davam etdirəcəyik:
"Azərbaycanla birgə məsləhətləşmələr əsasında bundan sonra da Ermənistanla münasibətlərin normallaşdırılması məqsədilə prosesi davam etdirəcəyik".
Mehman Mehdiyev