Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qırğızıstana 17 vaqon humanitar yardım göndərilib

Qırğızıstana 17 vaqon humanitar yardım göndərilib


Bişkekdəki Su Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar olaraq Qazaxıstan Qırğızıstana 17 vaqon humanitar yardım göndərib.

Newscenter.az "Sputnik Kazakıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Bişkek İES-də baş vermiş fəlakətin aradan qaldırılmasında Qırğızıstan Respublikasına dəstək məqsədilə dövlət maddi ehtiyatından dizel yanacağı şəklində 2 min ton humanitar yük ayrılıb.

Humanitar yardım Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin göstərişinə əsasən göndərilib.

Humanitar yardım Qırğızıstan Respublikasının Energetika Nazirliyinin nümayəndələrinə təhvil veriləcək.

Mehman Mehdiyev
Xəbəri paylaş