"Avropanın Azərbaycana qarşı ritorikasının heç bir hüquqi və real əsası yoxdur. Azərbaycan Ermənistan ərazilərinə iddia etsə belə, hansıki həmin ərazilərin Azərbaycan torpaqları olması faktı kimsədə şübhə doğurmur, çünki bu yaxın tarixdir, o ərazilərə de-fakto daxil olmasa, kimsə Azərbaycana ritorikaya görə sanksiya tətbiq edə bilməz".
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir:
"Ancaq sülh istəyən ölkəyə sanksiya tətbiq etmək məntiqə ziddir".
Azər Qasımov, "Azərbaycan imkan verə bilməz ki, Ermənistan yenidən silahlanıb kənar güclərin əlində oyuncağa çevirib regionun gələcəyini təhlükəyə məruz qoysun. Avropa isə sanksiya ilə bizi hədələməkdən Ermənistanı silahlandırmaq istəyən ölkələrə etiraz etsin. Azərbaycan haqsız sanksiyalardan nə çəkinir, nə də bunu cavabsız qoyar. Hesab edirəm ki, Avropa da haqqı-nahaqdan ayırd etməyi bacaracaq".
Süleyman