Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan imkan verməməlidir ki, ...

Azərbaycan imkan verməməlidir ki, ...


“Azərbaycan imkan verməməlidir ki, Ermənistan yenidən silahlanmaqla regionda gərginliyi artırsın, Cənubi Qafqazda yeni bir müharibəyə yol açsın”.

Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, Cənubi Qafqazda bundan sonra baş verəcək hər hansı bir gərginlikdə Ermənistanla bərabər, Avropanın və dünyanın bir sıra dövlətləri də günahkardır:

“Çünki Ermənistanın silahlandırılması və regionda yeni bir gərginliyin yaranmasında məhz həmin ölkələr canfəşanlıq nümayiş etdirirlər. Təsəvvür edin ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, ərazilərindəki separatçıları zərərsizləşdirməsini əsassız olaraq aqressiya kimi xarakterizə edən bəzi ölkələr özləri Ermənistanı silahlandırmaqla regionda aqressiya yaradır, Cənubi Qafqazı gərginlik mənbəyinə sürükləyirlər”.

Arzuman Muradlı təəssüf hissi ilə qeyd edib ki, Ermənistan da həmin güclərin, regionda gərginlik yaratmaq istəyən dairələrin aləti rolunu oynayır.

Süleyman
Xəbəri paylaş