Ermənistanın işğal altında saxladığı kəndlərin azad edilməsi Azərbaycanın tam hüququdur. Təbii ki, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Ancaq bu alınmasa hərbi yol da heç vaxt istisna deyil.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, Azərbaycan tərəfi, şəxsən dövlət başçısı dəfələrlə anklavda olan kəndlərin məsələsini müzakirə etməyə hazır olduğunu bildirib:
"Ancaq digər kəndlərlə bağlı məsələ öz həllini tapmalıdır. Ermənistan qeyd - şərtsiz o kəndləri Azərbaycana təhvil verməlidir. Bu danışıqlar predmeti də olacaq bir məsələ deyil. Burada danışılası heçnə yoxdu. Ermənistan təəsüflər olsun ki, bundan boyun qaçırır. Hətta Azərbaycanı öz torpaqlarını işğal etməkdə ittiham edir. Bu bir daha onların nə qədər ədalətsiz, riyakar olduğunu göstərir. Hansı ərazilərdən, hansı torpaqlarından söhbət gedir ? 30 il torpaqlarımızı işğal altında saxlayan bu şəxslər anlamırlar ki, bu cür siyasət onları yalnız uçuruma aparacaq".
Politoloq deyib ki, Azərbaycan həmən kəndləri mütləq azad edəcək:
"Ermənistan onları normal şəkildə, sülh şəraitində təhvil verməlidir. Bizim istədiyimiz məhz budur. Məsələnin sülh yolu ilə həllini istəyirik. Azərbaycan ordusu cəmi bir neçə saata o əraziləri azad edə bilər. Buna hüququmuz da çatır, gücümüz də".
Süleyman