Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Terrorçuların planlarını məhv etdik

Terrorçuların planlarını məhv etdik



"Sizdən aldığımız güclə ölkə və millət düşmənlərinin qaçdığı dağları, gizləndikləri mağaraları viran qoyuruq. Onların yuvasına giririk".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. O bildirib ki, həftənin 7 günü, günün 24 saatı terrorçulara qarşı əməliyyatlar davam edir:

"Biz indi terrorla mübarizəni öz sərhədlərimizdən kənara çıxarmışıq. Bəzi insanlar bir terrorçunun separatçı terror təşkilatına qoşulmasını xəyal edirdilər. Apardığımız əməliyyatlarla bu planları məhv etdik. Söhbət vətənimizin sağ qalmasından, dövlətimizin bütövlüyündən, millətimizin əmin-amanlığından, təhlükəsizliyindən gedəndə heç kimə güzəşt yoxdur".

Mehman Mehdiyev
Xəbəri paylaş