Ermənistan tərəfi Azərbaycana qarşı siyasi manipulyasiya dolu fikirlər əvəzinə, sözdə deyil, əməldə beynəlxalq öhdəliklərə riayət etməli və sülh prosesinə töhfə verməlidir.
Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “Anadolu” agentliyində dərc edilmiş müsahibəsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Ermənistan tərəfinin əldə olunmuş razılıqlara və öhdəliklərinə zidd olaraq son üç il ərzində müxtəlif bəhanələrlə kommunikasiya xəttlərinin açılmasına maneə törətməsi, məsələyə dair razılığın əldə olunması məqsədilə heç bir praktiki həll variantları təklif etməməsi, yalnız bir sıra populist çıxışlar etməsi bölgədə əməkdaşlığa heç bir halda töhfə verməyən amillərdəndir.
Qeyd edək ki, Ararat Mirzoyan “Anadolu” agentliyinə müsahibəsi zamanı Azərbaycan-Ermənistan sülh prosesi, ərazi bütövlüyünün və suverenliyin tanınması və kommunikasiya xətlərinin açılması ilə bağlı bir sıra məsələlərə toxunub.
Mehman Mehdiyev