"Birlik və bərabərliyimiz davam edəcəyi təqdirdə kimsə ölkəmizin kürəyini yerə vura bilməz".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində Mersində vətəndaşlarla görüşündə səsləndirib.
Türkiyə lideri deyib ki, ölkənin bütün bölgələrində olduğu kimi Mersində də vətəndaşlar son prezident seçkilərində yüksək seçici fəallığı nümayiş etdirərək Türkiyə dövlətinin möhkəmlənməsinə səs veriblər:
"Əminəm ki, 31 mart seçkilərində də mersinlilər eyni fəallığı və siyasi iradəni ortaya qoyacaqlar".
Ərdoğan, "Türkiyənin hər bir bölgəsində olduğu kimi bundan sonra da mersinlilərin yanında olacağıq"
Anar Əliyev