"Bizim fəaliyyətimizi boşuna, əsassız olaraq tənqid edən müxalifətin söylədiklərinin hamısı yalandır".
Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində Mersində vətəndaşlarla keçirdiyi görüşdə səsləndirib.
Mersin bələdiyyəsinə CHP-nin rəhbərlik etdiyini deyən Ərdoğan, təəəssüf hissi ilə qeyd edib ki, ötən illər ərzində bələdiyyə Mersində heç bir iş görməyib, ancaq boş vədlər veriblər:
"Onların boş vədlərindən birinin indiyə qədər icra olunduğunu görmüsünüzmü? Təbii ki, yox. Ona görə də ümid edirəm ki, 31 martda mersinlilər boş vədlər verənlərə deyil. gerçək bələdiyyəçiliyə səs verəcəklər".
Anar Əliyev