Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sizin kimi analarla fəxr edirik

Sizin kimi analarla fəxr edirik


"8 Mart Beynəlxalq Qadınlar Günü xanımlarımızın ən əziz və əlamətdar Günü, həyatlarının ən xoş Bayramıdır. Əslində həmin Günü Analar Günü adlandırmaq milli-tarixi və rəmzi baxımdan daha doğru olardı".

Newscenter.az xəbər bu fikirləri siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O bildirib ki, məhz Vətənpərvər, Fədakar və Vətənə sonsuz bağlı olan Analarımızın böyütdüyü layiqli oğullarımızın sayəsində biz torpaqlarımızı Ermənistanın əsarətindən xilas etdik, ərazi bütövlüyümüzü təmin etdik:

"Bu il ilk dəfədir ki, cəsur Analarımızın qəhrəman oğullarının sayəsində öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş Azərbaycanda 8 Mart xüsusi qürurverici əlaəmətdar Gün kimi qeyd olunur. Bu müəqəddəs tarix Analarımızın və Bacılarımızın Ləyaqət və Qürur rəmzi, Şərəf Günüdür. Hər birimiz Xocalını, Xankəndini azad edən, Başımızı Ucaldan cəsur oğullarımızın Analarına, Bacılarına ömür boyu borcluyuq. Bu əziz gündə Anaların qarşısında baş əyir, onlara sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can saglığı, şəfalar diləyirəm".

Vaqif Abdullayev bildirib ki, qadınlarımız bu əziz bayramlarını Zəngilanda, Laçında, Füzulidə, Şuşada öz doğma ocaqlarında qeyd edirlər:

"Dövlətimizin qadınlara münasibəti də hər zaman müstəsna yer tutmuş, Ulu öndər qadınların cəmiyyətdə olan mühüm rolunu yüksək qiymətləndirərək onlara dərin etimad və hörmət göstərmiş, ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında irəli çəkmişdir.

Cənab Prezident İlham Əliyev qadınların dövlət idarəçiliyində və ictimai həyatda daha layiqli və geniş təmsil olunmasına xüsusi diqqət yetirməkdədir. Öz humanizmi və əməlləri ilə Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi- əxlaqi dəyərlərinin təcəssümünə çevrilmiş, Azərbaycan Qadının Siması hesab edilən Mehriban xanım Əliyevanın timsalında Azərbaycan cəmiyyətində qadın hərəkatına və iştirakçılığına, bütövlükdə qadına verilən dərin etibar və hörmət daha da artmaqdadır".

Vaqif Abdullayev, "Mehriban xanım torpaqlarımızı azad edən qazilərimizin, Şəhid Analarının, Bacılarının daim hamisi, arxa-dayağıdır. Xanımları əziz günləri olan bu bayram Günü münasibətilə səmimi qəlbdən təbrik edir, onlara qarşıdan gələn bahar hərarətil xoş həyat, möhkəm cansağlığı, ailə səadəti və daha yeni uğurlar arzulayıram.
Tanrı Sizi və doğmalarınızı qorusun!",-deyə bildirib.

Anar Əliyev
Xəbəri paylaş