Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezidentin Vİ çağırış Milli Məclisin ilk iclasındakı çıxışı ölkə həyatında yeni mərhələnin əsasını qoydu

Prezidentin Vİ çağırış Milli Məclisin ilk iclasındakı çıxışı ölkə həyatında yeni mərhələnin əsasını qoydu


Azərbaycanda son Parlament seçkilərinin keçirilməsindən artıq dörd il keçir. Həmin seçkilər Növbədənkənar olmaqla bir sıra aspektlərdən olduqca önəmli seçkilər olmuşdu. Bu seçkilər özündə qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və sağlam siyasi münasibətlərin bərqərar olunmasına xidmət edən sistemli islahatları ehtiva edirdi.

Prezident İlham Əliyevin 10.03.2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı zamanı dediyi kimi Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etməkdən ibarət idi.

2020-ci il seçkiləri obyektiv beynəlxalq qiymətin verilməsi baxımından da önəmli olmuşdu. Məlumdur ki, Avropa İttifaqı seçkiləri müşahidə missiyasını həyata keçirərək “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” – kimi bəyanatla çıxış etmişdir ki, bu da seçkilərin nəticələrinin beynəlxaq qurum tərəfindən tanınması anlamına gəlir.

VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilər həm də demək olar ki, bütün siyasi qüvvələrin siyasi rəqabət mühitində keçirilən seçkilərdə iştirak etməsi ilə yadda qaldı. Nəticədə Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament formalaşmış oldu və Parlament müxalifəti Milli Məclisin, komitə və komissiyaların rəhbərliyind təmsil olunmaq imkanı əldə etdi. Cənab Prezident həmin vaxt Parlamentin iclasındakı çıxışında bunu demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübə kimi qiymətləndirmiş və sözügedən fktın Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malik olduğunu bildirmişdi.
Prezident çıxışında islahatların dərinləşməsində Parlamentin oynamalı olduğu rolu xüsusi olaraq qeyd edərək bu mənada deputatlar qarşısında böyük vəzifələr durduğunu bildirmişdi. Həqiqətən də keçən dövr istər siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri baxımından, istər sə iqtisadi islahatların dərinləşməsi işinə töhfə verən qanunların qəbulu baxımından əhəmiyyətli dövr oldu.
Prezidentin Vİ çağırış Parlament iclasındakı çıxışında ən önəmli məqamlardan biri də şübhəsiz ki, yeni siyasi konfiqurasiya ilə bağlı olmuşdu. “Ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir” deyən ölkə başçısı islahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir deyərək genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar aparılmasının vacibliyini qeyd etmişdi.

Keçən dövr onu göstərdi ki, bu istiqamətdə də xeyli işlər həyata keçirilib. Ölkə başçısının tapşırığı ilə Prezident Aparatının siyasi partiyalar və qanunverici orqanla iş şöbəsinin siyasi partiylarla müntəzəm görüşlərinin keçirilməsi, heç bir ayrıseçkilik qoyulmadan bütün siyasi partiyalarla əlaqələrin qurulması, partiyaların mənzil-qərərgahlarla təmin olunması siyasi dialoq mühitinin formalaşmasına öz əvəzsiz töhfələrini vermiş oldu. Bu gün islahatların alternativinin olmadığı kimi, siyasi islahatların da həyata keçirilməsində dialoqun alternativinin olmaması artıq hər kəs tərəfindən qəbul olunur.

Ümumiyyətlə qeyd edim ki, Prezidentin Vİ çağırış Milli Məclisin ilk iclasındakı çıxışı Parlametin gələcək fəaliyyətinin konturlarını müəyyənləşdirməklə deputatların qarşısında böyük məsuliyyət qoymuşdu və dövlət başçısının elan etdiyi yeni çağrışlar bütün ölkə həyatında yeni mərhələnin əsasını qoydu.

Yusif Bağırzadə-politoloq
Xəbəri paylaş