"Bu ilin respublikada seçki ili olacağı Azərbaycanın siyasi dairələrinə bəlli idi. Təbii ki, Prezident seçkilərinin önə keçməsi gözlənilməz oldu. Amma indi növbədənkənar parlament seçkilərinin olacağı artıq kəsinləşir".
Newscenter.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, böyük ehtimalla yaxın aylarda parlament seçkiləri olacaq.
Partiya rəsmisi qeyd edib ki, parlamentdə təmsil olunan partiya kimi bu seçkidə də partiyanın bir çox funksioneri ilə iştirak edəcəklər:
"Partiyamızda millət vəkili olmaq potensialına malik dəyərli insanların sayı çoxdur. Ümid edirik ki, bu dəfə partiyamız adından parlamentə seçilən insanların sayı artacaq. Hər seçki kimi bu seçkinin də xalqımıza uğurlu olmasını arzu edirik".
Süleyman