NATO-nun baş katibi Stoltenberqin planlaşdırılmamış Cənubi Qafqaz səfəri sözsüz ki, Rusiya ilə bağlı ümumi mənzərəni dəqiqləşdirmək, Rusiya qarşı NATO-nun mümkün addımları planlaşdırmaq məqsədi daşıyır. Rusiya-Ukrayna cəbhəsində gərginləşmə, Fransanın Ukraynada müharibəyə qoşulmaq anonsları fonunda NATO-nun Cənubi Qafqaz ölkələri ilə ümumi və yekun xətti müəyyən etmək zərurəti yaradıb.
NATO - nun Gürcüstanla, Ermənistanla danışıqlarının, razılaşmalarının əldə edilməsi məlum səbənlərdən elə də çətin deyil. Bir mənalı, NATO-nun Azərbaycanla danışıqları, razılaşmaları isə çox çətin və mürəkkəbdir. Əlbəttə ki, Cənubi Qafqazın açar ölkəsi Azərbaycanla razılaşma bütün Cənub Qafqazın taleyini dəyişə biləcək səviyədə olduğundan, Stoltenberq Cənubi Qafqaz səfərini məhz Azərbaycandan başlayıb. Məhz Azərbaycanla danışıqlardan sonra Ermənistana və Gürcüstana konkret tapşırıqlar müəyyənləşəcək.
NATO - nun Azərbaycanla danışıqlarının çətin olmasının səbəbi isə, Azərbaycanın ərazi bütövlüyünün öz hesabına bərpası, güclü ordu və güclü iqtisadiyatı, Avropanın enerji təhcizatında, təhlükəsizliyində vacib rolu və nəhayət Türkiyə ilə müttəfiqliyidir. Düşünürəm ki, NATO qismində Stoltenberqin Azərbaycanla hər hansı bir əhəmiyyətli siyasi razılaşmanın əldə edilməsi mümkün deyil. Həm də, Stoltenberq bu ilin sonu vəzifəsindən getməlidir. Əlbəttə ki, bu faktın özü də müəyyən mənada təsirlidir.
Vüqar Dadaşov