Bir qayda olaraq Azərbaycana Birləşmiş Ştatlar və İsraillə yaxından əməkdaşlığa görə irad bildirən İran, hazırda Amerikanın onun sərhədləri yaxınlığına gəlməsinə göz yumur. Söhbət Amerika və Avropa İttifaqının Ermənistanın təhlükəsizliyini iddia edərək onunla yaxından əməkdaşlıq etməsidir. Bəs görəsən İran nə üçün buna görə Ermənistana iradını bildirmir?
Newscenter.az xəbər verir ki, məsələ ilə bağlı açıqlama yayan "Xəbər Mərkəzi" Analitik Qrupunun qənaətincə,Tehranın Ermənistana etiraz etməməsinin səbəbi Azərbaycanla bağlıdır:
"Çünki İran qonşusunda güclü, qüdrətli Azərbaycan görmək istəmir. Tehran bilir ki, Azərbaycan gücləndikcə tarixi ərazilərini mərhələ-mərhələ bərpa edəcək. Necə ki, 30 ilə yaxın işğala son qoyaraq ərazilərini işğaldan azad etdi, eləcə də zamanı yetişincə İrandakı tarixi torpaqlarını geri alaraq oradakı soydaşlarımıza sahib çıxacaq. Bu isə İranın bir dövlət kimi yox olması demək olardı. Ona görə də İran istənilən situasiyalara razıdır ki, Azərbaycana zərbə dəysin, onun inkişafının qarşısı alınsın".
Anar Əliyev