Türkiyənin Beykoz səmtində bələdiyyə seçkiləri ilə bağlı səslər yenidən hesablanacaq.
Newscenter.az trrhaber-ə itinadən bildirir ki, İstanbul İl Seçki Şurası AK Partiyanın etirazı ilə bağlı Beykoz İlçe Seçki Şurasının rədd qərarını ləğv edərək, Beykozda rayon bələdiyyə başqanlığı bülletenlərinin yenidən sayılmasına qərar verib.
Qərarda qeyd edilir ki, Beykoz İlçe Seçki Şurasına təqdim edilən ərizədə səsvermə qutusunun nəticə protokollarının bəzilərində etibarsız səslərin etibarsız sayılmasının səbəbi yazılmadığı, bəzi hissələrdə etibarsızlıq səbəbinin təsnif edilmədiyi və ya qeyri-müəyyən göstərildiyi bildirilib.
İstanbul İl Seçki Komissiyası seçkilərin nəticələrini tam və dəqiq müəyyən etmək üçün Beykoz İlçe Seçki Şurasının verdiyi rədd qərarının ləğv edilməsi və rayon bələdiyyə başqanı seçki bülletenlərinin yenidən sayılması barədə qərar qəbul edib.
Mehman Mehdiyev