Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan indoneziyalı həmkarı Prabovo Subianto ilə telefon danışığı aparıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, görüşdə Türkiyə ilə İndoneziya arasındakı ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.
Subiantonu seçkidə qazandığı qələbə münasibətilə təbrik edən prezident Ərdoğan, Türkiyə ilə İndoneziya arasındakı köklü əlaqələrin yeni dövrdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O, iki ölkənin bütün sahələrdə, xüsusilə müdafiə sənayesi, hərbi, ticarət və maliyyə əlaqələrində əməkdaşlığın qarşılıqlı etimad və ölkələrin maraqları çərçivəsində inkişaf edəcəyinə ümid etdiyini bildirib.
Prezident Ərdoğan Fələstin məsələsi və İslam dünyası ilə bağlı bütün məsələlərdə İndoneziya ilə qüvvələri birləşdirməyə davam etməyin vacib olduğunu, iki ölkə arasında qurulan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının ən uyğun zamanda keçirilməsinin vacibliyini bildirib. .
Anar Əliyev